...

Ziyafət Əsgərov: Azərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır

Siyasət Materials 25 Aprel 2017 11:26 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır
Ziyafət Əsgərov: Azərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda 500-ə yaxın tibb müəssisəsi tikilib və təmir edilib.

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsində ən son texnologiyalar və müasir avadanlıqlardan istifadə olunur və bunun nəticəsində ana və uşaq ölümləri əhəmiyyətli şəkildə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti