...

Azərbaycan Yəmənə humanitar yardım göstərib

Siyasət Materials 25 Aprel 2017 15:54 (UTC +04:00)
Yəməndə davam edən humanitar böhranla əlaqədar yardım göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.
Azərbaycan Yəmənə humanitar yardım göstərib

Bakı. Trend:

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardım göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti