...

Fuad Muradov: Ölkədə dövlətçilik naminə islahatlar aparılır

Siyasət Materials 25 Aprel 2017 16:26 (UTC +04:00)
"Prezident tərəfindən Milli Məclisə mütərəqqi qanun layihələri daxil olur və parlamant də onlara baxaraq dəyərləndirir".
Fuad Muradov: Ölkədə dövlətçilik naminə islahatlar aparılır

Bakı. Trend:

“Bir çox qanunları daha da genişləndirərək cəmiyyətə təqdim edirik. Gözün buynuz qişasının Azərbaycana gətirilməsi də bu məsələlərdən biridir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri qeyd edib: "Niyə görə gözün buynuz qişasını gətirmək olar, ürək, qulaq və digər istiqamətlər üçün lazım olan orqanları gətirmək olmaz? Əgər gətirmək olarsa, biz elə etməliyik ki, hər istiqamət işləsin. Bunu insanlar gözləyir. Biz gözlə ürək arasında fərq qoymamalıyıq. Azərbaycanda gözün buynuz qişasını 3000 insan gözləyir. Amma bəlkə digər orqanları gözləyənlər ondan da çoxdur”.

Komitə sədri bildirib ki, ölkədə dövlətçilik naminə islahatlar aparılır. Prezident tərəfindən Milli Məclisə mütərəqqi qanun layihələri daxil olur və parlamant də onlara baxaraq dəyərləndirir:

“Burada heç kəsin şübhəsi yoxdur ki, biz cənab Prezidentə və dövlətə bağlı və sədaqətli insanlarıq. Biz bütün həyata keçirilən islahatları dəstəkləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti