...

Ekspert: AŞ PA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək

Nəzər nöqtəsi Materials 26 Aprel 2017 12:38 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək
Ekspert: AŞ PA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək.

Bunu Trend-ə Türkiyənin “Strategic Outlook” analitika mərkəzinin sədr müavini Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, ötən il Türkiyə və Avropa İttifaqı (Aİ) sıx əməkdaşlıq ediblər:

"Türkiyə Avropa yönündə islahatları əsaslı şəkildə həyata keçirirdi, amma indi həm Aİ-də, həm də Türkiyədə çox şeylər dəyişib. Bu gün Türkiyə regional böhranın mərkəzində yer alıb. Avropa qaçqınlarla bağlı vədlərinə əməl etməyib. Bununla bağlı Türkiyə Aİ-ni məhkəməyə vermək hüququna malikdir”.

Ekspert qeyd edib ki, əgər bu gün Avropa Türkiyədən bir sıra öhdəliklərin yerinə yetirilməsini tələb edirsə, Türkiyənin qaçqın böhranı ilə bağlı üz-üzə qaldığı vəziyyəti nəzərə almalı və öz vədləri ilə bağlı cavabdehlik hiss etməlidir.

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti