...

Mövlud Çavuşoğlu: AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər

Siyasət Materials 26 Aprel 2017 13:56 (UTC +04:00)
AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər.
Mövlud Çavuşoğlu: AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər

Bakı. Trend:

AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, rəsmi Ankara AŞ PA ilə münasibətlərinə yenidən baxacaq:

"AŞ PA-nın qalmaqallı qərarı gələcək əməkdaşlığımızı zəiflədən qərardır. Münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər. Mən bunu istəməzdim. Münasibətlərin yaxınlaşması üçün şəxsən çox səy göstərdim".

M.Çavuşoğlu vurğulayıb ki, Avropa ölkələrində artan irqçilik və ksenofobiya bu qurumlara da sirayət edib:

"AŞ PA-dakı millət vəkillərinin bir qismi PKK terror təşkilatına ciddi dəstək verirlər".

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti