...

Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə var (YENİLƏNİB)

Siyasət Materials 27 Aprel 2017 10:59 (UTC +04:00)
Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır.
Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə var (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu gün Bakıda keçirilən “Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı” üzrə konfransda deyib.

F.Ələsgərov bildirib ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindəndir:

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib:

“Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri anti-korrupsiya siyasətimizin uğurlarındandır”.

F.Ələsgərov bildirib ki, bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır:

“Bu sahədə olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapıb. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti