...

Azərbaycan və Rusiya hərbçiləri kimyəvi silahdan müdafiəni müzakirə edib

Siyasət Materials 27 Aprel 2017 11:14 (UTC +04:00)
Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib.
Azərbaycan və Rusiya hərbçiləri kimyəvi silahdan müdafiəni müzakirə edib

Bakı. Trend:

Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti