...

Deputat: Avropa ölkələrində Türkiyəyə qarşı xoşagəlməz bir sindrom əmələ gəlib

Siyasət Materials 27 Aprel 2017 18:03 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarından Avropa heç nə qazanmayacaq, onun bu qərardan itirəcəkləri daha çox olacaq.
Deputat: Avropa ölkələrində Türkiyəyə qarşı xoşagəlməz bir sindrom əmələ gəlib

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarından Avropa heç nə qazanmayacaq, onun bu qərardan itirəcəkləri daha çox olacaq.

Bunu Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Deputat bildirir ki, son illər Türkiyə ilə Avropa Şurası arasında bir sıra xoşagəlməz hallar yaşanır və bunun günahkarı təkcə Türkiyə deyil: “Sadəcə olaraq, Avropada Türkiyəni görmək istəmirlər. Son 3-4 ildə bütün Avropa ölkələrində Türkiyəyə qarşı xoşagəlməz bir sindrom əmələ gəlib. Bu da bir neçə səbəbdən irəli gəlir. Nə vaxt ki, Türkiyədə sabitlik əldə edilir, müsəlman dünyasında bir aparıcı dövlət olur, dünyaya bir demokratiya dərsi verir, bu, Avropanın xoşuna gəlmir. Ona görə də bu referendumda Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin hakim partiyasının qalibiyyəti Avropa Şurasını, onun üzvlərini qıcıqlandırdı. AŞPA-nın bu qərarı da ondan irəli gəldi”.

AŞPA-nın qərarını çox qərəzli və ədalətsız sayan Y.Abramov hesab edir ki, Türkiyə ilə bağlı verilən bu qərarda həm də Avropanın “qocalma” xəstəliyi sindromunun əlamətləri özünü göstərir: “Lakin bu, Avropa Birliyinə müsbət heç nə vəd etmir. Mənə elə gəlir ki, Avropa Birliyi parçalana bilər. Onsuz da elə parçalanmağa doğru gedir. Əgər Fransada bu yaxınlarda keçiriləcək prezident seçkilərində Radikal Milli Cəbhənin lideri Marin Le Pen qalib gəlsə, onda bu məsələlərə yenidən baxmaq lazım gələcək. Ona görə də mənə elə gəlir ki, Avropa bundan heç nə qazanmayacaq, onun itirəcəkləri daha çox olacaq. Çünki Türkiyə Avropa üçün bir sipərdir. Türkiyə olmasa, Avropanın eybəcərlikləri dünyada daha çox görünər. Məsələn, Yaxın Şərqdəki problemlərin həllində Türkiyənin iştirakı və bu ağırlıqları Türkiyənin öz çiyninə götürməsi Avropanı bir sıra çətinliklərdən xilas etdi. Bu gün Türkiyədə 3 milyondan çox Yaxın Şərqdən məcburi şəkildə köç edən miqrant var. Ancaq onların hamısını Avropaya yönəltsələr, - Avropa onsuz da çaşıb qalıb,- onun iqtisadiyyatında və siyasətində bir böhran baş verər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti