...

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi müzakirə edilib

Siyasət Materials 27 Aprel 2017 17:34 (UTC +04:00)
Bakıda “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi” mövzusunda İslam İnkişaf Bankının və Xarici İşlər Nazirliyinin iki günlük birgə seminarı keçirilib.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi müzakirə edilib

Bakı. Trend:

27-28 aprel 2017-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi” mövzusunda İslam İnkişaf Bankının və Xarici İşlər Nazirliyinin iki günlük birgə seminarı keçirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarın birinci günü ticarət mövzuları müzakirə edilib. Bu sıraya ÜTT-nin tarixi və funksiyaları, ÜTT əsas sazişləri, Azərbaycanın ÜTT-yə üzv olması prosesinin hazırkı vəziyyəti və dövlətlərin ÜTT üzv olmaqda əsas məqsədləri daxildir.

İkinci gün seminar iştirakçıları ÜTT-yə üzv olmaqla bağlı danışıqlar aparan qrupun üzvləri olacaq. Bu xüsusda müzakirə ediləcək əsas məsələlər hazırda danışıqlar mövzusu olan kənd təsərrüfatı, ticarətin asanlaşdırılması, sanitar və fitosanitar tədbirlər, ticarətə texniki maneələr, xidmətlər sahəsində tədbiq edilən tənzimləyici qaydalar, ÜTT çərçivəsində enerji məsələləri və digər məqamlar olacaq.

Seminarda müvafiq dövlət qurumlarından əlliyə yaxın dövlət qulluqçusu iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti