Bakı. Anaxanım Hidayətova - Trend:
Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir.
Bunu Trend-ə Türkiyənin “Kafkassam” strateji araşdırmalar mərkəzinin analitiki Çağatay Balçı deyib.
Onun sözlərinə görə, Avropa artıq uzun illərdir ki, Türkiyəyə qarşı mənfi münasibət bəsləyir:
“Türkiyə artıq Avropaya rəğbət bəsləmir. Türkiyə xalqının ona ehtiyacı yoxdur. Türkiyə Avropanın qərarlarına əhəmiyyət vermir və yalnız ona hörmət bəsləyən ölkələrlə əməkdaşlıq edəcək”.
Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.