...

Amerikalı ekspert: Aİ-nin Ankaraya qarşı qərarları öz problemlərindən diqqəti yayındırmaq cəhdləridir

Siyasət Materials 28 Aprel 2017 13:17 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir.
Amerikalı ekspert: Aİ-nin Ankaraya qarşı qərarları öz problemlərindən diqqəti yayındırmaq cəhdləridir

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir.

Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı (Aİ) öz problemlərindən diqqəti yayındırır:

“Avropanın özünün çoxlu problemləri var. Məsələn, Portuqaliyada işsizlik, Albaniyada və Bolqarıstanda demoqrafik böhran və yoxsulluq, Makedoniyada sərhədlərin qorunmaması, eləcə də Aİ-nin rəsmi nümayəndəliklərində korrupsiya”.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti