...

Prezident: Monqolustanla Azərbaycan arasında əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə də genişlənəcək

Siyasət Materials 28 Aprel 2017 17:03 (UTC +04:00)
Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident: Monqolustanla Azərbaycan arasında əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə də genişlənəcək

Bakı. Trend:

Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri cənab Prezident.

Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti