...

Səməd Seyidov: AŞ PA böyük böhran içərisindədir

Siyasət Materials 2 May 2017 12:37 (UTC +04:00)
AŞ PA-nın yaz sessiyasında Türkiyənin post-monitorinqdən sonra montorinqə keçirilməsi ilə bağlı qəbul edilən qərar ikili standartların aydın təzahürüdür.
Səməd Seyidov: AŞ PA böyük böhran içərisindədir

Bakı. Elçin Mehdiyev - Trend:

AŞ PA-nın yaz sessiyasında Türkiyənin post-monitorinqdən sonra montorinqə keçirilməsi ilə bağlı qəbul edilən qərar ikili standartların aydın təzahürüdür.

Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin plenar iclasında deyib.

S.Seyidov bildirib ki, AŞ PA-nın bu dəfə keçirilən yaz sessiyası digər sessiyalardan fərqləndi: “Biz uzun müddətdir ki, prosesləri müşahidə edir, Avropada irqçilik, islamofobiyanın baş alıb getdiyini görürük. Avropada müsəlman ölkələrinə qarşı ikili standarları konkret ölkələrin siyasətində, təşkilatların bəyanatlarında görüb, hiss etmək mümkündür."

Millət vəkili qeyd edib ki, bu problem, xüsusilə də Avropada qaçqın və məcburi köçkünlər artdıqca özünü göstərməyə başlayıb: “AŞ PA-da belə tendensiyaları bir neçə ildir hiss edirik. Ümumiyyətlə, orada Türkiyə, Azərbaycana olan münasibətlərə başqa prizmadan baxılır. Lakin budəfəki yaz sessiyası bu münasibətlərin pik həddinə çatmasını göstərdi. İclasda Türkiyə ilə bağlı ədalətsiz məruzə təqdim olundu. Məruzə ilə tanış olduqda bunun qəbuledilməz olduğunu görmək mümkün idi”.

S.Seyidov deyib ki, AŞ PA-da Türkiyə ilə bağlı məruzədə PKK terrorçu təşkilat kimi təqdim olunmur: “Bu azmış kimi, ötən il Türkiyədə baş verən çevriliş cəhdi terror hadisəsi kimi qiymətləndirilmir. Türkiyənin bütün nümayəndə heyəti - həm iqtidar, həm də müxalifət nümayəndələri AŞ PA-nın qərarının əleyhinə çıxış edərək bəyan etdilər ki, AŞ PA-nın Türkiyənin post-monitorinqdən sonra montorinq altına alınması ilə bağlı qərarı Türkiyəni Avropadan ayırmaq, eləcə də həm Türkiyə, həm də Avropada daha çox problemlərin yaranmasına istiqamətlənən addımdır. Buna baxmayaraq, AŞ PA-nın iclasında Türkiyə nümayəndə heyətinin bəyanatı nəzərə alınmadı”.

Deputat əlavə edib ki, Avropada ikili standarlar budəfəki iclasda özünü daha da büruzə verdi: “Bu onu göstərir ki, AŞ PA böyük böhran içərisindədir. Bunun də səbəbi orada destruktiv, Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin olmasıdır. Belə ikili standartların mövcudluğu nəinki bizə, eləcə də Avropada böyük təhlükə yaradır. Bütün bunlar Azərbaycan-Avropa, Avropa-Şərq, eləcə də Avropa-Türkiyə münasibətlərinə böyük ziyan vurur”.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti