...

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Siyasət Materials 3 May 2017 18:32 (UTC +04:00)
Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək
Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən fərmanın 2.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

“2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti