...

NATO Baş katibinin müavini: Azərbaycan NATO-nun vacib tərəfdaşıdır

Siyasət Materials 4 May 2017 18:33 (UTC +04:00)
Azərbaycan NATO-nun vacib tərəfdaşıdır və biz NATO-nun Əfqanıstandakı missiyasına Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.
NATO Baş katibinin müavini: Azərbaycan NATO-nun vacib tərəfdaşıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan NATO-nun vacib tərəfdaşıdır və biz NATO-nun Əfqanıstandakı missiyasına Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu NATO Baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib.

Onun sözlərinə görə, Azərbaycan təkcə Əfqanıstandakı missiyada iştirak etmir, həm də ölkənin trast fonduna yardım edir.

T.İldem tərəflərin Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində əməkdaşlığının vacibliyini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti