...

Bakıda İsrailinin milli günü qeyd olunub (FOTO)

Siyasət Materials 4 May 2017 23:01 (UTC +04:00)
Bakıda cümə axşamı İsrailin müstəqilliyinin elan edilməsinin 69-cu ildönümü qeyd olunub
Bakıda İsrailinin milli günü qeyd olunub (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Bakıda cümə axşamı İsrailin müstəqilliyinin elan edilməsinin 69-cu ildönümü qeyd olunub.

Trend-in məlumatına görə, İsrailin Bakıdakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın dövlət qurumları və idarələrinin nümayəndələri, ölkədə akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, elm və incəsənət xadimləri və aparıcı media nümayəndələri iştirak ediblər.

Qonaqlar qarşısında çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav qeyd edib ki, İsrail müstəqillik illəri ərzində çox şeyə nail ola bilib və ölkə vətəndaşları bununla fəxr edə bilər. Stavın sözlərinə görə, İsrail regionun bütün ölkələri ilə əməkdaşlıqda maraqlıdır.

İsrail və Azərbaycan arasında əməkdaşlıq barədə danışaraq, səfir qeyd edib ki, iki ölkə və iki xalq arasında çox gözəl münasibətlər var. O xatırladıb ki, Azərbaycanda böyük yəhudi diasporu yaşayır və əsrlər boyudur ki, azərbaycanlılarla yan-yana yaşayan yəhudilər bütün sevinc və kədəri bölüşürlər. Stav İsraillə əməkdaşlığın möhkəmlənməsində Azərbaycanın multikulturalizmdə rolunu xüsusi qeyd edib və ölkələr arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyində əmin olduğunu bildirib.

Azərbaycan tərəfindən tədbirdə diasporla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov çıxış edərək, İsraili müstəqillik günü münasibətilə təbrik edib, firavanlıq arzulayıb.

O, qeyd edib ki, İsrail strateji tərəfdaşdır və Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və ölkələr arasında ortaq dəyərlərə əsaslanan yaxşı münasibətlər yaranıb.

İbrahimovun sözlərinə görə, son illərdə iki ölkə arasında səfərlərin sayı artıb, bu da əməkdaşlığın inkişafına öz töhfəsini verir.

O, qeyd edib ki, Azərbaycanın siyasi, iqtisadi və digər sahələrində fəal iştirak edən çoxsaylı yəhudi icması münasibətlərin inkişafında böyük rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti