...

Mehriban Əliyeva: Bakı Forumu çərçivəsində aparılacaq müzakirələr dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcək (YENİLƏNİB)

Siyasət Materials 5 May 2017 14:45 (UTC +04:00)
Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb.
Mehriban Əliyeva: Bakı Forumu çərçivəsində aparılacaq müzakirələr dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcək (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanın Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

Görüşdə ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumun baş direktorunu yenidən Bakıda görməkdən şad olduğunu bildirdi, Azərbaycan ilə təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu dedi.

Mehriban Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirdi.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. O, Forumun gündəliyində olan məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti