...

Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri ilə görüşüb

Siyasət Materials 5 May 2017 16:16 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri Həsən Vario Arero ilə görüşüb.
Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri Həsən Vario Arero ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək Azərbaycan və Keniya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib.

Həsən Vario Arero paytaxt Bakının gözəlliyi və Azərbaycanın inkişafına valeh olduğunu deyib. 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğunu və müasir dünya üçün aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını bildirib.

E.Məmmədyarov həmsöhbətinə Azərbaycanın iqtisadi inkişafı, gənclər və idman siyasəti haqqında məlumat verib.

Tərəflər enerji, turizm, idman, kənd-təsərrüfat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti