...

Elmar Məmmədyarov müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələri ilə görüşüb

Siyasət Materials 5 May 2017 19:29 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələrini qəbul edib.
Elmar Məmmədyarov müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələrini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla UNESCO arasında qurulmuş uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib və təşkilin ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyi qeyd edilib. UNESCO ilə ölkəmiz arasında əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu yüksək qiymətləndirilib.

UNESCO-nun səfirləri Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı məzmunlu çıxışını və sələndirdiyi fikirlərini təqdir ediblər.

E.Məmmədyarov Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə namizədliyinə toxunaraq seçildiyi təqdirdə, onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti