...

"The Hill": Azərbaycan almaları Ermənistan hakimiyyətini qıcıqlandırır

Siyasət Materials 8 May 2017 12:27 (UTC +04:00)
Azərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib
"The Hill": Azərbaycan almaları Ermənistan hakimiyyətini qıcıqlandırır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib.

Trend-in məlumatına görə, bunu ABŞ-ın nüfuzlu “The Hill” jurnalındakı məqaləsində Raul Louri Kontreras yazıb.

Müəllif qeyd edib ki, iki ölkənin de-fakto “müharibə vəziyyətində” olmasına baxmayaraq, son həftələrdə bir çox Ermənistan sakini Azərbaycan məhsulu olan yaşıl almalar alıb.

Bütün Ermənistanda, eləcə də Yerevanda satılan məhsulların üzərinə Azərbaycanın ixracat şirkəti – “DAD” şirkətinin loqoları vurulub.

Məqalədə qeyd olunub ki, Ermənistan hökuməti "alma qalmaqalı"ndan o dərəcədə narahat olub ki, bütün şəhərlərə və yaşayış məntəqələrinə bu məhsulların müsadirəsini həyata keçirən agentlərini yollayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti