...

Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Siyasət Materials 8 May 2017 18:24 (UTC +04:00)
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mərasim keçirilib.
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı. Trend:

Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mərasim keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları nazirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Mərasimdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunub.

Çıxış edənlər bildirib ki, öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoymuş Heydər Əliyev müxtəlif dövrlərdə iki dəfə Azərbaycana rəhbərlik edib və hər dəfə ölkəni tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparıb.

Qeyd olunub ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlər ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərin dərin islahatlar strategiyası öz müsbət nəticələrini bütün sahələrdə olduğu kimi Maliyyə Nazirliyinin fəaliyyətində, eləcə də dövlət maliyyəsinin idarə olunması və büdcə sahəsində də bariz şəkildə göstərməkdədir. Məhz uzaqgörən siyasət nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.

Bu gün müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq yeni inkişaf dövrünü yaşadığını vurğulayan mərasim iştirakçıları son illərdə ölkəmizin qazandığı böyük nailiyyətləri qeyd ediblər.

Mərasim ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti