...

Havanada Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Siyasət Materials 10 May 2017 12:31 (UTC +04:00)
Havana şəhərində “Amerika Evi” İctimai Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Xalqın xilaskarı” adlı ictimai tədbir keçirilib.
Havanada Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Kubadakı səfirliyi tərəfindən Havana şəhərində “Amerika Evi” İctimai Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Xalqın xilaskarı” adlı ictimai tədbir keçirilib.

Azərbaycanın Kubadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kuba XİN-in rəsmiləri, müxtəlif hökumət qurumları və Kubanın yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xatirə tədbirində çıxış etmiş Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov hər il 10 may tarixinin Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anıldığını bildirim və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs edim. Bu xüsusda, SSRİ dövründə ən müxtəlif sahələrdə Azərbaycanın inkişafının təmin edilməsi, habelə müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin xalqımız qarşısında müstəsna tarixi xidmətlərindən danışılıb.

C.Salehov Azərbaycanın müstəqillik tarixindən və 20 Yanvar faciəsinin baş vermə səbəblərindən söz açaraq, SSRİ rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönəlmiş erməni təcavüzkarlığına dəstək verdiyi ağır bir dövrdə ulu öndər Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq qətiyyətli addımları barədə bəhs edib. C.Salehov Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti və bu təcavüzün nəticələri barədə məlumat verib. Bildirilib ki, ölkəmiz üçün ən ağrılı məqamlarda məhz müdrik dövlət xadimi Heydər Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasi strategiyası və qətiyyətli qərarları sayəsində Azərbaycanın dövlətçiliyini qoruyub saxlamaq və gələcək inkişafı üçün möhkəm zəmin yaratmaq mümkün olub.

C.Salehov müasir dövrdə Azərbaycanın sürətlə artmaqda olan beynəlxalq əhəmiyyətindən söz açmışdır. Ölkəmizin ən müxtəlif sahələrdə nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyi diqqətə çatdırılıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf yolunun hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib, dövlətimiz və cəmiyyətimizin bütün sahələrində əldə edilən göstəricilərin isə bunun bariz nümunəsi olduğu vurğulanıb.

Tədbir zamanı C.Salehov Böyük Vətən Müharibəsində əldə edilmiş qələbənin növbəti ildönümünün Azərbaycanda da qeyd edildiyi barədə məlumat verib. Azərbaycan xalqının bu qələbənin əldə edilməsi yolunda verdiyi töhfə və qurbanlardan söz açılıb, ölkəmizdə Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinin ehtiramla yad edildiyi və müharibə veteranlarına dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyi qeyd edilib. Bildirilib ki, gənc nəsillərin öz tarixinə hörmətlə yanaşaraq vətənpərvərlik ruhunda tərbiyyə edilməsi üçün 9 May Qələbə günü ilə bağlı dəyərlərin müstəqil Azərbaycanda yaşadılması da məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun davamıdır.

Tədbirin sonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti