...

Dneprdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fleşmob keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 12 May 2017 13:05 (UTC +04:00)
Dneprdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fleşmob keçirilib.
Dneprdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fleşmob keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərində azərbaycanlı və yerli gənclərin təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən zirvələr liderisən” adlı fleşmob keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, fleşmobu Alfred Nobel adına Dnepr Milli Universitetinin tələbələri ilə azərbaycanlı gənclər Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr ediblər. Azərbaycan və Ukrayna bayraqları ilə sözügedən şəhərin mərkəzi meydanında bir araya gələn gənclər Dneprin ən uca binasının üstünə qalxaraq, göydələnin üzərinə Ümummili Lider Heydər Əliyevin portiretini asıblar.

Gənclər havaya Azərbaycan bayrağının rənglərini özündə əks etdirən şarlar buraxmaqla, müstəqil dövlətimizin qurucusu və baş memarının xatirəsinə dərin sevgi və məhəbbətlərini ünvanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti