...

Azərbaycanın Rus İcması ÜAK-la bağlı bəyanat yayıb

Siyasət Materials 12 May 2017 17:34 (UTC +04:00)
Sıralarında 120 mindən çox Azərbyacan vətəndaşı olan rusu birləşdirən Azərbaycanın rus icması Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ətrafında uzun müddətdir ki, davam edən vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edir
Azərbaycanın Rus İcması ÜAK-la bağlı bəyanat yayıb

Bakı. Elmira Tariverdiyeva - Trend:

Sıralarında 120 mindən çox Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın rus icması Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ətrafında uzun müddətdir ki, davam edən vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edir.

Trend-in məlumatına görə, bu barədə icmanın Respublika şurasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Rus icması ÜAK-ın ləğv olunması ilə bağlı məsələyə öz prinsipial münasibətini 2017-ci il aprelin 4-də yayımlanan bəyanatla bildirmişdi.

Bəyanatda deyilir: “Təəssüf ki, Rusiyadakı müəyyən qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması üçün öz cəhdlərini dayandırmırlar. Heç bir şübhə doğurmur ki, öz həmvətənlərimizə qarşı bu cür münasibət Azərbaycan və Rusiya arasında, xalqlar arasında dostluq münasibətlərinin inkişafına kömək göstərmir”.

Azərbaycanda yaşayan ruslar Azərbaycan xalqının rus dilinin, rus mədəniyyətinin və rus xalqının adətlərinin qorunub saxlanmasına olan münasibətini yüksək qiymətləndirir: “Biz hesab edirik ki, Rusiyada da azərbaycanlıların bu ehtiyaclarına eyni münasibət göstərilməlidir. Biz ölkələrimiz arasında münasibətlərin inkişaf etməsindən məmnunuq. Bunun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, bir-birinin maraqlarına hörmət dayanır və imkan vermək olmaz ki, bədxah qüvvələrin fəaliyyəti xalqlarımız arasındakı möhkəm əlaqələri pozsun”.

Bəyanatda deyilir: “Biz – rusiyalı həmvətənlər – ölkələrimiz və xalqlarımız arasında münasibətlərə dəyər veririk və bir daha Rusiyadakı sağlam qüvvələrə müraciət edirik ki, Rusiyanın iri ictimai təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı niyyətlərin həyata keçməsinə imkan verməsin”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti