...

İndoneziya səfiri: Azərbaycan bütün İslam dünyasını həmrəylik və ədalət naminə birləşdirməyə qadir olduğunu nümayiş etdirir

Siyasət Materials 14 May 2017 16:25 (UTC +04:00)
Azərbaycan bütün İslam dünyasını həmrəylik, ədalət və idmanın inkişafı naminə birləşdirməyə qadir olduğunu nümayiş etdirir.
İndoneziya səfiri: Azərbaycan bütün İslam dünyasını həmrəylik və ədalət naminə birləşdirməyə qadir olduğunu nümayiş etdirir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan bütün İslam dünyasını həmrəylik, ədalət və idmanın inkişafı naminə birləşdirməyə qadir olduğunu nümayiş etdirir.

Bunu Trend-ə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani deyib.

O qeyd edib: "İndi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir, 3-cü Oyunlar isə İndoneziyada təşkil olunmuşdu. İslam Həmrəyliyi Oyunları təkcə idman yarışları deyil, bu Oyunlar həm də müsəlman ölkələrinin həmrəyliyini göstərir. İndi də Azərbaycan dünyaya göstərir ki, İslam sülh və tolerantlıq dinidir".

Səfir İslamiadanın yüksək səviyyədə təşkil olduğunu bildirib: "Azərbaycan Oyunlara yaxşı hazırlaşıb".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti