...

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn cüdoçulara medalları təqdim edib (FOTO/VİDEO)

Siyasət Materials 15 May 2017 17:22 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn cüdoçulara medalları təqdim edib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti