...

Sədaqət Vəliyeva: Azərbaycan və Rusiya xalqlarının münasibətlərini erməni lobbisinin girovuna çevirmək olmaz

Siyasət Materials 16 May 2017 13:11 (UTC +04:00)
İki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz.
Sədaqət Vəliyeva: Azərbaycan və Rusiya xalqlarının münasibətlərini erməni lobbisinin girovuna çevirmək olmaz

Bakı. Trend:

İki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirərkən deyib.

S.Vəliyeva qeyd edib ki, son bir neçə gündür, İslam dünyasının nəbzi Bakıda vurur. Bir milyarda yaxın insan Azərbaycanda keçirilən IV İslam Həyrəyliyi Oyunlarını həyəcanla izləyir, 54 ölkənin vətəndaşları idmançılarına azarkeşlik edirlər:

"Məhz Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən açılış mərasimi ilə IV İslam Həmrəyliyi Oyunlarının tarixə çevriləcək parlaq səhifə yazdı. Əlbəttə ki, dövlətimizin qazandığı ardıcıl uğurlar bizi sevindirdiyi qədər, düşmənlərimizi də məyus edir, hətta ölkəmizə, xalqımıza zərbə vurmağa cəhdlər göstərirlər. Çox təəssüflər olsun ki, antiazərbaycan dairələrinə “beşinci kolon”, radikal müxalifət sevinə-sevinə dəstək verirlər. Hətta, Rusiyada belə, bu ölkə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlarla bir sırada dururlar”.

Millət vəkili xatırladıb ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv edilib:

"Təbii ki, bu, hər iki ölkənin dostluq münasibətlərinə xaincəsinə atılan güllədir. Görünür, Rusiyadakı antiazərbaycan dairələr, xüsusən erməni lobbisi Rusiya-Azərbaycan arasında münasibətlərini yenidən sınaq qarşısında qoymaq istəyir. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar dost və qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Eyni zamanda, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının qarantıdır".

S.Vəliyeva düşünür ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin Rusiyada qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin xarakterinə ziddir:

"Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən ciddi faktordur. Burada ölkəmizə qarşı kin və qərəzin də olduğu aydın görünür. Ona görə ki, çoxmillətli Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, məhz Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Axı Rusiya cəmiyyətində böyük hörmətə və nüfuza sahib olan Ümumrusiya Azərbaycanlıları Konqresi kimi ciddi bir təşkilatın texniki məsələlərə görə qeydiyyatının ləğvi hüquqi cəhətdən də düzgün deyil. Həmçinin, bu addım Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır. Rusiyada hüquq təmsilçiləri çalışmalıdırlar ki, hər iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti