...

İdarəçilik Akademiyası: Azərbaycandakı rus icmasının nümayəndələri də ÜAK-ın ləğvi qərarından narazıdır

Siyasət Materials 17 May 2017 13:01 (UTC +04:00)
Azərbaycandakı rus icmasının nümayəndələri də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərarın verilməsindən narazıdırlar.
İdarəçilik Akademiyası: Azərbaycandakı rus icmasının nümayəndələri də ÜAK-ın ləğvi qərarından narazıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycandakı rus icmasının nümayəndələri də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərarın verilməsindən narazıdırlar.

Bunu Trend-ə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev deyib.

O bildirib ki, ÜAK sıralarında minlərlə azərbaycanlını birləşdirir:

“ÜAK çox böyük, kifayət qədər ciddi mütəşəkkil təşkilatdır. Rusiyanın hökumət orqanları belə mütəşəkkil təşkilatla əməkdaşlıq etməkdə maraqlı olmalıdırlar. Konqresin qurultaylarından birində Rusiya Prezidenti Vladimir Putin çıxış edərək ÜAK-ın Rusiya cəmiyyəti üçün çox böyük qurum olduğunu deyib. Bu cür bəyanatlardan sonra məhkəmənin belə qərar qəbul etməsi Rusiya tərəfinin mövqeyindəki qeyri-sabitliyindən xəbər verir. Böyük dövlət üçün siyasətdə qeyri-sabitlik heç də xoşagələn deyil”.

F.Nağıyev hesab edir ki, Azərbaycan dövləti ölkəmizdə rus qurumlarının fəaliyyətinin qadağan olunması məsələsini çıxarmayacaq. Çünki Azərbaycan dövləti kifayət qədər balanslaşdırılmış, düşünülmüş siyasət aparır.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti