...

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn güləşçilərə medalları təqdim edib (VİDEO) (FOTO)

Siyasət Materials 18 May 2017 19:15 (UTC +04:00)
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn güləşçilərə medalları təqdim edib (VİDEO) (FOTO)

Bakı. Trend:

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Trend-in məlumatına görə, 66 kq çəki dərəcəsində qalib gələn güləşçilərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Bu çəki dərəcəsində idmançımız Kamran Məmmədov birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti