...

Millət vəkili Filippinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 19 May 2017 14:35 (UTC +04:00)
Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva Filippinin vitse-prezidenti xanım Leni Robredo ilə görüşüb.
Millət vəkili Filippinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva Filippinin vitse-prezidenti xanım Leni Robredo ilə görüşüb.

Görüşdə köçkün qadınların problemləri ilə bağlı müzakirə aparılıb.

L.Robredo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Q.Paşayeva Azərbaycanın ölkələr arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.

Deputat L.Robredo və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. Q.Paşayeva görüş zamanı Filippin nümayəndə heyəti üzvlərinə 1 milyon soydaşımızın, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın torpaqlarımızı işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib.

Millət vəkili həmçinin, Filippinin sabiq xarici işlər naziri Dominqo-Albertlə də görüşüb və fikir mübadiləsi aparılıb. Q.Paşayeva Azərbaycanın fəal qadınlarının Filippinlə əməkdaşlığın genişlənməsinə verdiyi önəmdən danışıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti