...

Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər edən üzvlər Avropa Parlamenti adından çıxış etmirlər - Rəsmi mövqe

Siyasət Materials 22 May 2017 14:20 (UTC +04:00)
Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin Dağlıq Qarabağa səfər edən üzvləri Avropa Parlamenti adından çıxış etmirlər.
Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər edən üzvlər Avropa Parlamenti adından çıxış etmirlər - Rəsmi mövqe

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin (AP) Dağlıq Qarabağa səfər edən üzvləri AP adından çıxış etmirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.

O qeyd edib ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək AP nümayəndələrinin öz təşəbbüsüdür:

“Yəni, səfər Avropa Parlamentinin adından olmayıb, onlar Avropa Parlamentinin adından çıxış etməyib, bəyanat verməyiblər. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən referendumu tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan, o parlamentarilərin şəxsi səfərlərinə qarışa bilmərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti