...

Avropa Parlamenti: Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər

Siyasət Materials 22 May 2017 14:36 (UTC +04:00)
“Biz dünyəvi müsəlman ölkəsi kimi din azadlığının təmin olunmasında və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan Azərbaycanın əhəmiyyətini yaxşı anlayırıq”.
Avropa Parlamenti: Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər

Bakı. Elçin Mehdiyev – Trend:

“Biz dünyəvi müsəlman ölkəsi kimi din azadlığının təmin olunmasında və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan Azərbaycanın əhəmiyyətini yaxşı anlayırıq”.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.

O qeyd edib ki, Azərbaycan Avropa, müsəlman dünyası və Asiya arasında bir körpü rolunu oynaya bilər:

“Ona görə də Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi dərinləşdirməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti