...

Gürcüstan, Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

Siyasət Materials 22 May 2017 16:05 (UTC +04:00)
Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır
Gürcüstan, Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

Bakı. Trend:

Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu planları müzakirə etmək üçün mayın 23-də Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.

L.İzoria qeyd edib ki, 4-14 iyun tarixlərində Türkiyədə hər üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirak edəcəyi “Caucasus Eagle” təlimləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti