...

Böyük Britaniya səfirliyi Azərbaycanı İslam Oyunlarında qələbəsi münasibətilə təbrik edib

Siyasət Materials 23 May 2017 11:32 (UTC +04:00)
Böyük Britaniyanın Bakıdakı səfirliyi ötən gün başa çatmış İslam Həmrəyliyi Oyunlarında medal hesabında qalib gəlməsi münasibətilə Azərbaycanı təbrik edib
Böyük Britaniya səfirliyi Azərbaycanı İslam Oyunlarında qələbəsi münasibətilə təbrik edib

Bakı. Anaxanım Hidayətova - Trend:

Böyük Britaniyanın Bakıdakı səfirliyi ötən gün başa çatmış IV İslam Həmrəyliyi Oyunlarında medal hesabında qalib gəlməsi münasibətilə Azərbaycanı təbrik edib.

Trend bu barədə səfirliyə istinadən məlumat verir.

Səfirliyin təbrikində həmçinin, Oyunların bağlanış mərasiminin də çox gözəl keçdiyi vurğulanıb.

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti