...

Paris Azərbaycan Evi: ÜAK-la bağlı qərar yanlış və qərəzlidir

Siyasət Materials 23 May 2017 12:31 (UTC +04:00)
Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.
Paris Azərbaycan Evi: ÜAK-la bağlı qərar yanlış və qərəzlidir

Bakı. Trend:

Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatda deyilir: “Ümumrusiya Azərbaycan Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı mövqeyimizi ifadə etmək borcumuzdur”.

Bəyanatda qeyd olunur ki, Rusiya Federasiyası Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin təqdimatına əsasən, 15 may tarixində ÜAK-ın ləğvinə dair qərarı subyektiv xarakter daşıyır və göstərilən müddəalar ÜAK kimi böyük və əhəmiyyətli təşkilatın ləğvinə əsas ola bilməz.

Bəyanatda Rusiya ilə Azərbaycan arasında əsrlər boyu davam edən münasibətlərin dostluq və mehriban qonşuluq dəyərlərinə əsaslandığı xatırladılır. Vurğulanır ki, Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edir, həmçinin bu insanlar seçkilərdə səsvermə hüququna malikdir və məsuliyyətli vergi ödəyicisidirlər. Ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış ÜAK isə Azərbaycan icması ilə iki ölkə arasında, eləcə də iki xalq arasında körpü rolunu oynayıb.

Diaspor nümayəndələrinin fikrincə, hazırda belə bir təşkilatın bağlanması haqqında qəbul edilmiş qərar Rusiya Azərbaycan arasında dövlətlərarası əlaqələrə kölgə sala bilər: “Ona görə də biz, Paris Azərbaycan Evi kimi, dünya azərbaycanlılarının ciddi narazılıq və gərginlik yaradan Rusiya Federasıyasının Ali Məhkəməsinin qəbul etdiyi qərarı yanlış və qərəzli hesab edirik. Biz həmçinin, Rusiya hökumətinə müraciət edərək Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri təhlükə altında qoyan düşünülməmiş qərarı ləğv etməyə, onları erməni lobbisinin təxribatlarının əsiri olmamağa çağırırıq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti