...

İlham Əliyev: Azərbaycan İslam Həmrəyliyi Oyunlarında yeni yanaşma ortaya qoydu, yeni standartlar tətbiq etdi

Siyasət Materials 23 May 2017 15:41 (UTC +04:00)
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında yeni yanaşma ortaya qoydu, yeni standartlar tətbiq etdi.
İlham Əliyev: Azərbaycan İslam Həmrəyliyi Oyunlarında yeni yanaşma ortaya qoydu, yeni standartlar tətbiq etdi

Bakı. Trend:

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında yeni yanaşma ortaya qoydu, yeni standartlar tətbiq etdi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar".

İlham Əliyev deyib ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür:

"Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti