...

Mübariz Qurbanlı: Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar

Siyasət Materials 24 May 2017 12:51 (UTC +04:00)
“Bəzi qüvvələr Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışır”.
Mübariz Qurbanlı: Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar

Bakı. Elçin Mehdiyev – Trend:

“Bəzi qüvvələr Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışır”.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə, onu dəyişdirməyə çalışan qüvvələr var:

“Bizim tarixən formalaşmış dövlət-din modelimizin əsaslarını çökdürməyə çalışırlar. Azərbaycanın dövlət-din modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəni zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək bizim dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də hər kəs bu cür cəhdlərə qarşı mübarizə aparmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti