...

Binəli Yıldırım: Türkiyə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək

Siyasət Materials 24 May 2017 18:14 (UTC +04:00)
Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Binəli Yıldırım: Türkiyə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək

Bakı. Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, əziz Qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirir. Azərbaycanın bu nailiyyətlərini daha da artıracağına və regionumuzda parlayan bir ulduz olmağa davam edəcəyinə bütün qəlbimlə inanıram. Türkiyə bu prosesdə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək.

Qısa müddət ərzində böyük inkişaf yolu keçərək nümunə təşkil edəcək səviyyəyə çatan əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətindəki iradəmizi bir daha vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti