...

Azərbaycan Prezidenti İordaniya Kralını təbrik edib

Siyasət Materials 24 May 2017 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İordaniya Kralını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti