...

Misirdə 28 May Respublika Günü münasibəti ilə silsilə tədbirlər davam edir (FOTO)

Siyasət Materials 25 May 2017 06:40 (UTC +04:00)
28 May Respublika Günü münasibəti ilə Azərbaycanın Misirdəki Səfirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində Misirdə siyasi və diplomatik çevrələrdə böyük nüfuza sahib olan “Diplomatiya” qəzetinin xüsusi buraxılışı nəşr olunub
Misirdə 28 May Respublika Günü münasibəti ilə silsilə tədbirlər davam edir (FOTO)

Bakı. Trend:

28 May Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində Misirdə siyasi və diplomatik çevrələrdə böyük nüfuza sahib olan “Diplomatiya” qəzetinin xüsusi buraxılışı nəşr olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 12 səhifəlik rəngli qəzetin xüsusi buraxılışı bütünlüklə Azərbaycana həsr olunub. Qəzetdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, sürətlə inkişaf edən iqtisadiyyatı barədə ətraflı məlumatlar verilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursunun Azərbyacan xalqı tərəfindən rəğbət və dəstəklə qarşılandığı vurğulanıb. Qəzetdə çap olunan məqalələrdə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlər və müsabiqələr barədə də məlumat verilərək, bunların arasında IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışlarına da xüsusi yer ayrılıb.

Qəzetdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsi, eyni zamanda, cənab Prezidentin İƏT-in jurnalında İslam Həmrəyliyi İlinə həsr olunmuş məqaləsi barədə məlumatlar verilib.

AR Xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin noyabr ayında Misirə rəsmi səfəri, AR Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin Misirin Luksor şəhərinə səfəri, KİV nümayəndələrinə verdikləri müsahibələr qəzetdə öz əksini tapıb.

Misir-Azərbaycan diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar hər iki ölkə başçısının qarşılıqlı təbrikləri, ötən illər ərzində imzalanmış sənədlər, cari il ərzində Misir və Azərbaycan Yazıçılar Birlikləri arasında imzalanmış protokol, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində qələmə aldığı “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabın səfirliyin dəstəyi ilə çap olunması, tədqiqatçı alim Seymur Nəsirovun ərəb mənbələrində azərbaycanlı alimlərin, sərkərdələrin tərcümeyi halları ilə bağlı məqaləsi və sair xəbərlər qəzetdə işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti