...

Ukrayna səfiri Tərcümə Mərkəzində olub

Siyasət Materials 26 May 2017 13:16 (UTC +04:00)
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Ukrayna səfiri Tərcümə Mərkəzində olub

Bakı. Trend:

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan­-Ukrayna xalqları arasında uzun illər davam edən milli-mənəvi doğmalıqdan, ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Moris Simaşko, Aleksandr Mardan, İqor Pavlyuk kimi tanınmış Ukrayna ədiblərinin əsərlərindən söz açılıb, yaxın günlərdə Azərbaycan dilində nəşr olunmuş “Ukrayna poeziyası antologiyası” kitabı qonağa təqdim edilib.

Həmçinin tezliklə Kiyevdə işıq üzü görəcək “Müasir Azərbaycan poeziyası antologiyası”nın Ukrayna kitabxanalarına və universitetlərinə yerləşdirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda səfir tərəfindən Ukrayna xalqının rəmzlərindən olan başınağacı təsvirli suvenir Mərkəzə hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti