...

Azərbaycan XİN Misirdəki terror aktını qınayır

Siyasət Materials 26 May 2017 21:04 (UTC +04:00)
Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk.
Azərbaycan XİN Misirdəki terror aktını qınayır

Bakı. Trend:

Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk.

Trend-in məlumatına görə, bu, Misirdə bu gün baş verən terror aktı ilə bağlı Azərbaycan XİN-nin rəsmi "Twitter" səhifəsində yayılan bəyanatında deyilir.

Xatırladaq ki, Misirin cənubundakı Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hücum nəticəsində qeyri-rəsmi məlumatlara görə, 35, rəsmilərin açıqladığı rəqəmlərə əsasən isə 28 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti