...

Litva Milli Kitabxanasına Qarabağ münaqişəsi ilə bağlı 50-dan çox kitab bağışlanıb (FOTO)

Siyasət Materials 31 May 2017 10:44 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Martinas Majvidas adına Litva Milli Kitabxanasının baş direktoru Renaldas Gudauskas ilə görüşüb.
Litva Milli Kitabxanasına Qarabağ münaqişəsi ilə bağlı 50-dan çox kitab bağışlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Martinas Majvidas adına Litva Milli Kitabxanasının baş direktoru Renaldas Gudauskas ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında dostluq münasibətlərin uğurla inkişaf etdiyi qeyd edərək, hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin yaradılmasının zəruriliyini vurğulayıb və kitabxanaya Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, ictimai həyatına aid, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 50-dan çox azərbaycan, litva, ingilis və rus dilində kitab bağışlayıb.

Milli kitabxananın baş direktoru R.Gudauskas kitablara görə minnətdarlığını bildirərək, hazırda kitabxananın fondunda yeddi milyondan artıq kitabın olduğunu qeyd etmiş və kitabxananın tarixi, son zamanlar kitabxananın inkişafı istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

Görüş zamanı H.Məmmədzadə kitabxanada Azərbaycan bölməsinin və ya guşəsinin yaradılması imkanı ilə maraqlanıb və bu bölmənin səfirlik tərəfindən mütəmadi olaraq yeni kitablarla təchiz ediləcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

R.Gudauskas onlarda belə bir təcrübənin olmadığını, ancaq məsələyə baxmağa hazır olduqlarını bildirib.

Sonda Litva Milli Kitabxanasının baş direktoru səfiri kitabxanada sərgi olunan nadir kitablar və oxu zalları ilə tanış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti