...

Bahar Muradova: Azərbaycan uşaq hüquqlarının qorunmasında öhdəliklərini yerinə yetirir

Siyasət Materials 1 İyun 2017 12:06 (UTC +04:00)
Azərbaycan dövləti uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməkdədir.
Bahar Muradova: Azərbaycan uşaq hüquqlarının qorunmasında öhdəliklərini yerinə yetirir

Bakı İlhamə İsabalayeva – Trend:

Azərbaycan dövləti uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməkdədir.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Mənim səsim - mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd edildiyini xatırladan B.Muradova qeyd edib ki, Azərbaycan bütün insan hüquqlarına hörmətlə yanaşdığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşır.

B.Muradova deyib ki, Azərbaycan dövlətinin siyasətində uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılması əsas yer tutur və bu istiqamətdə bütün addımlar atılır.

B.Muradova əlavə edib ki, uşaqların daha firavan yaşaması üçün atılan addımlardan biri də 2009-cu ildə ölkədə “Uşaq ili”nin elan edilməsi olub.

Bu il həm də Uşaq Forumunun keçiriləcəyini deyən MM sədrinin müavini bildirib ki, həmin forumda səslənən təkliflər, qaldırılan məsələlər parlamentin sonrakı fəaliyyəti dövründə nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti