...

Braziliyada 28 May - Respublika Günüə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri təltif edilib (FOTO)

Siyasət Materials 1 İyun 2017 18:34 (UTC +04:00)
Elxan Poluxov 28 May - Respublika Gününə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio-de-Janeyro şəhərinə səfər edib.
Braziliyada 28 May - Respublika Günüə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri təltif edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etmək və həmin məktəbdə, məktəblilər arasında keçirilmiş 28 May - Respublika Gününə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio de Janeyro şəhərinə səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən səfir, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə edib və gələn il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və 28 May - Respublika Gününün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi barədə danışıb.

Sonra, şagirdlər Azərbaycanla bağlı nitq söyləyərək mahnılar oxuyub müxtəlif şən səhnəciklər ifa ediblər.

Azərbaycanın adını daşıyan məktəbdə hazırda yeddiyüzdən artıq şagird oxuyur və 50-yə yaxın müəllim heyyəti çalışır. Məktəb, Rio de Janeyro şəhərinin mərkəzi məktəblərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti