...

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 6 İyun 2017 20:02 (UTC +04:00)
İspaniyanın Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

İspaniyanın Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İspaniya Hökuməti və xalqı adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Cənab Prezident, xahiş edirəm dərin ehtiramımı qəbul edin".

XXX

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb: Zati-aliləri. 28 May - Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında qarşılıqlı maraqların nəzərə alınması ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi Əfqanıstan üçün vacib məsələlərdəndir.

Mən Azərbaycan ilə Əfqanıstan arasındakı mövcud dostluq əlaqələrindən razılığımı bildirir və bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın münasibətlərinin daha da dərinləşməsini və möhkəmlənməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzu edirəm".

XXX

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçdən:

"Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da firavanlaşmasını ürəkdən arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək qəti əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti