...

XİN: Azərbaycan İranda törədilmiş terror aktlarını qınayır

Siyasət Materials 7 İyun 2017 18:05 (UTC +04:00)
Azərbaycan İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayır.
XİN: Azərbaycan İranda törədilmiş terror aktlarını qınayır

Bakı. Trend:

Azərbaycan İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayır.

Bunu Trend-ə İranda törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib: "Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

H.Hacıyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir: "Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir".

Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti