...

Elman Nəsirov: Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir

Siyasət Materials 10 İyun 2017 13:22 (UTC +04:00)
Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir.
Elman Nəsirov: Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir

Bakı. Trend:

Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, müəyyən beynəlxalq siyasi dairələr və xüsusən də QHT-lər müxtəlif yollarla qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirməyə çalışırlar:

"Bu məqsədlə bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə praktikasına mütəmadi olaraq müraciət edirlər. Məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsürlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyil. Xüsusilə bu məsələlərlə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki yarışa start veriblər. Birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı məhkəmə verir. İkincisi, Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətimizin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azərbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında təsdiqini tapmış informasiya yoxdur".

Deputat qeyd edib ki, bu barədə təsdiqlənməmiş bəzi informasiyaların yayılması müəyyən anlaşılmazlığa səbəb olub:

"Bu informasiyaların dəqiqliyini yoxlamaq üçün apardığım əlavə araşdırmalar ilkin yayılmış məlumatların qeyri-dəqiq olduğunu ortaya çıxardı. Dördüncüsü, ayrı-ayrı dövlətlər arasında əməkdaşlıq kontekstində cinayətdə şübhəli bilinən şəxslərin birgə əməliyyatlar prosesində saxlanılması təcrübəsindən beynəlxalq aləmdə geniş istifadə edilir. Məsələn, ABŞ-ın qarşılıqlı əməkdaşlıq əsasında bu təcrübədən İraqda və digər ölkələrdə istifadə etməsi haqqında məlumatlar var. Yəni, burada qanunazidd bir hərəkət yoxdur. Konkret olaraq, Əfqan Muxtarlının saxlanılması ilə bağlı bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının bu məsələdə əməkdaşlıq etməsi ilə bağlı ilkin olaraq yayılmış məlumatların qeyri-dəqiq və təsdiqini tapmamış informasiya olması qənaətindəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti