...

Siyavuş Novruzov: Bəzi siyasi partiyalar və QHT-lər xaricdən aldıqları maliyyəni başqa məqsədlərə istifadə edirlər

Siyasət Materials 13 İyun 2017 12:49 (UTC +04:00)
Bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər.
Siyavuş Novruzov: Bəzi siyasi partiyalar və QHT-lər xaricdən aldıqları maliyyəni başqa məqsədlərə istifadə edirlər

Bakı. Elçin Mehdiyev – Trend:

Bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün Milli Məclisin növbədənkənar plenar iclasında "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, həm siyasi partiyaların, həm də QHT-lərin maliyyələşməsi məsələsinə yenidən baxılmalıdır:

"Bir sıra təşkilatlar maliyyə məsələləri barədə məlumat vermirlər. Biz siyasi partiyaların və QHT-lərin maliyyələşməsi ilə bağlı qanuna dəyişiklik etdik. Bir sıra Avropa strukturları, yerli təşkilatlar bunu başqa istiqamətə yönəltməyə çalışırdı, ancaq zaman göstərdi ki, biz düzgün addım atmışıq”.

Millət vəkili qeyd edib ki, həm siyasi partiyalar, həm də QHT-lər maliyyə mənbəyi barədə məlumat verməlidirlər:

“Bir partiya sədrinin müavininin bir ildə 41 dəfə xaricə səfər edib ölkəyə maliyyə gətirməsi sağlam məqsədə xidmət edə bilməz. Əgər düzgün fəaliyyət göstərirsənsə, niyə maliyyəni Azərbaycanda almırsan? Biz bu məsələyə yenidən baxmalıyıq. Əgər bir qurum nizamnamədən kənara çıxırsa, gətirdiyi maliyyə digər məqsədlərə xidmət edirsə, biz bununla bağlı tədbir görməliyik. Bizim üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Biz gələcəkdə bu məsələni sərtləşdirməliyik. Bir partiya maliyyə hesabatında 0 rəqəmi göstərir, amma baxırsan ki, avtomobilləri, cangüdənləri, işçiləri var. Bu təşkilatların maliyyə mənbəyi öyrənilib ictimaiyyətə təqdim edilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti