...

Silahlı Qüvvələr 23 min nəfər heyətlə genişmiqyaslı təlimlər keçirəcək

Siyasət Materials 16 İyun 2017 10:35 (UTC +04:00)
Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Silahlı Qüvvələr 23 min nəfər heyətlə genişmiqyaslı təlimlər keçirəcək

Bakı. Trend:

İyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti